Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu baş məşqçisini dəyişdirməyə hazırlaşır.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, ardıcıl məğlubiyyətlər Çeslav Mixneviçin istefaya göndərilməsinə gətirib çıxaracaq.
51 yaşlı mütəxəssisin rəhbərliklə münasibətləri də qaydasında deyil. Varşava təmsilçisi onun yerinə köməkçisi Pşemislav Maleçkini müvəqqəti baş məşqçi postuna təyin etməyi düşünür.
Qeyd edək ki, “Legiya” 10 oyundan sonra Polşa çempionatında 9 xalla 15-ci pillədə qərarlaşıb. Komanda son olaraq XII turda "Pyats"a 1:4 hesabı ilə uduzub.