
Rusiyanın "Zvezdı-2005" klubunun qadın futbolçusu Olesya Kuroçkina yeni dünya rekordu müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, 38 yaşlı hücumçu qadın futbolunda ən erkən qolun müəllifi kimi tarixə düşüb.
Təcrübəli forvard "Yenisey"ə 2:1 hesabı ilə qalib gəldikləri Rusiya Super Liqasının XXIII tur matçının 10-cu saniyəsində fərqlənib. O, əla təşkil olunmuş hücumu 9,31-ci saniyədə məntiqi sonluqla başa çatdırıb.
Kuroçkinaya oyundan sonra xüsusi mükafat təqdim olunub.
В 23-м туре Суперлиги форвард пермской «Звезды-2005» Олеся Курочкина забила на 09,31 секунде. Это самый быстрый гол в мировом профессиональном женском футболе! Наш партнёр Мегафон подготовил для Олеси специальный приз. Его вручат в следующем туре Суперлиги. Stay tuned! pic.twitter.com/DnAW4c5dwc
— РФС (@rfsruofficial) October 25, 2021