O deyib: "Məmmədovla belə bir anlaşma gerçəkləşdirdiyimiz üçün çox məmnunam. O, əsl futbol adamıdır və heç bir şübhəm yoxdur ki, bu oyuna böyük məhəbbət hissi ilə alışıb-yanan birisi 3 il bundan əvvəl başladığım işin davamını gətirərək "Şeffild Uensdey"i yüksək liqaya qayıtmasına kömək edəcək. Klubun sadiq azarkeşləri mənim vaxtımdakı çətinliklərdə dəstkələrini əsirgəmədilər. Kluba ilk gəldiyim gün azarkeşlərimizə iki şey üçün söz verdim. Birincisi, klubdan ayrıldıqda onu qəbul etdiyimdən daha yaxşı vəziyyətdə qoyub gedəcəyimi, ikincisi və daha vacibi, bu mülkiyyəti lazımı şəxsi tapdıqda, ona həvalə edəciyimi. Tam səmimiyyətimlə inanıram ki, bunların hər ikisini də həyata keçirdim".
Qeyd edək ki, razılaşma hələ İngiltərə Futbol Liqası tərəfindən ratifikasiya edilməlidir. Proses zamanı Hafiz Məmmədov və onun komandası klubun işində iştirak edərək, yeni mövsümə daha yaxşı hazırlığı təmin etməli, bəzi problemləri aradan qaldırmaqda yaxından səy göstərməlidir. Bu anlaşma ilə bağlı hələlik heç bir əlavə açıqlama verilməyəcək. Klub azarkeşlərdən xahiş edir ki, formal tələblər yerinə yetirilənədək dözümlülük nümayiş etdirsinlər. Çünki Hafiz Məmmədov tezliklə kluba baxışını müzakirə edəcəyinə söz verib.