
"Futbolçularımı təbrik etmək istəyirəm. Çox diqqətli oynadılar. 90 dəqiqə öz oyun tərzimizi itirmədik". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"ni 1:0 hesabı ilə yendikləri Premyer Liqanın XXIII tur matçından sonra deyib.
43 yaşlı mütəxəssis bildirib ki, "Neftçi”yə qarşı və "Bakcell Arena"da oynamaq çox xoşdur: "Əsl futbol abu-havası gördük. Fanatlar çox möhtəşəm idi. Onları təbrik edirəm".