"Sumqayıt" klubunun futbolçusu Tellur Mütəllimov Azərbaycan milli komandasının düşərgəsindən kənarlaşdırılıb.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.
Mütəllimov yığmanın noyabrın 11-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirdiyi dünya çempionatının seçmə oyununun 21-ci dəqiqəsində rəqibinə bilərəkdən təhlükəli zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 14-də Bakı Olimpiya Stadionunda Qətər millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma saat 21:00-da başlayacaq.