İngiltərə
Futbol Assosiasiyasının (İFA) prezidenti Qreq Dayk FİFA rəhbəri Yozef Blatterin
tutduğu vəzifədən getməli olduğunu bildirib. Sportnet.az Sky Sports-a istinadən
xəbər verir ki, İFA başçısı ali futbol qurumunun korrupsiya bataqlığına
düşdüyünü iddia edib.
Dayk
Blatterin namizədliyini irəli sürməsinə təəccübləndiyini gizlətməyib: "Hələ 4
il əvvəl razılaşmışdıq ki, bu mərhələdə Blatter gedəcək. İndi onun yenidən
namizədliyini irəli sürməsi bizə qəribə gəlir. Biz əsl rəqabətli seçkilər görmək
istəyirik, müxtəlif namizədlər öz inkişaf planları barədə məlumat verməlidirlər.
Hesab edirəm ki, dəyişikliklərin zamanı çatıb”.
Qeyd edək ki, Böyük Britaniya və Şimali Avropa ölkələri FİFA-nın pul çirkabına batdığını hesab edir və bu qurumun prezidentliyinə növbəti seçkilərdə fərqli namizədə səs verəcəklərini gizlətmirlər.