AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Portuqaliyaya gedəcək. Sportnet.az-ın məlumatına görə, "təyyarəçilərin "sükan sahibi” PRO kateqoriyasının tələblərinə uyğun olaraq sabah səhər saatlarında vətəni tərk edəcək.
Əhmədov Portuqaliyada elitanın nümayəndəsi "Pasuş de Ferreyra”da təcrübə keçəcək. 43 yaşlı mütəxəssis 6 gün Pireney yarımadasında qalacaq.
Qeyd edək ki, Tərlan Əhmədov martın 3-də Bakıya qayıdacaq.