"Şaxtyor"un baş məşqçisi Mirça Luçesku yenidən Türkiyəyə dönür. Sportnet.az-ın Fanatik-ə istinadən məlumatına görə, Roberto Mançininin istefasından sonra boş qalan "Qalatasaray"ın baş məşqçi postu rumıniyalı mütəxəssisə həvalə ediləcək.
Ukrayndakı vəziyyəti nəzərə alan Luçesku "Qalatasaray"ın prezidenti Ünal Aysalın təklifinə müsbət cavab verib. Lakin "Şaxtyor"la müqavilə müddətinin bitməsinə hələ 1 il qaldığını nəzərə alan mütəxəssis bazar gününə qədər vaxt istəyib.
Bu müddət ərzində o, Donetsk klubunun prezidenti Rinat Axmetovla görüşərək, müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsinə xahiş edəcək.
Qeyd edək ki, rımıniyalı mütəxəssis 2000-2002-ci illərdə "Qalatasaray"ın "sükanı arxası"nda dayanıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |