Azərbaycan futbolunda antidopinq qayda pozuntusu üzrə iş icraata götürülüb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında açıqlama verib.
O bildirib ki, il ərzində 19 icraatın aparıldığı 11 idman növündən biri də futboldur: "Həmin iş üzrə xitam qərarı verilib".
Hüseynli ad çəkməyin məqsədəuyğun olmadığını bildirib.