Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşündə "Trabzonspor"la qarşılaşacaq "Napoli" azarkeşləri İtaliyada qalmaqala səbəb olub. Sportnet.az-ın məlumatına görə, oyundan öncə iki tərəf arasında dava baş verib.
İtaliya azarkeşlərinin bir qrup "bordo-mavililər"ə butulka atması və dava nəticəsində 2 nəfər xəsarət alıb.
Qeyd edək ki, "Napoli" - "Trabzonspor" matçı bu gecə saat 00:05-də başlayacaq.
















































































