
İspaniyanın "Rayo Valyekano" klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.
Sportnet.az "El Partidazo COPE" nəşrinə istinadən xəbər verir ki, La Liqa təmsilçisinin 17 futbolçusunda infeksiya aşkarlanıb.
Hazırda komandada cəmi 8 sağlam oyunçu qalıb. Bu səbəbdən, "Rayo Valyekano"nun 2022-ci il yanvarın 2-də "Atletiko"ya qarşı keçirməli olduğu çempionat oyunu təxirə salına bilər.