
Bakıda qış təlim-məşq toplanışına start verən "Zirə" klubu tam heyətlə məşq etmir.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisinin legionerləri hələlik hazırlıq prosesinə qatılmayıblar.
Onlar Türkiyədə kollektivə qoşulacaqlar.
Qeyd edək ki, yanvarın 5-də təlim-məşq toplanışı üçün Antalya şəhərinə yollanacaq "Zirə" qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Paytaxt təmsilçisi yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.