"Neftçi"nin heyətində koronavirusa yoluxma halları qeydə alınıb.
Sportnet.az-ın məlumatına görə, komandanın fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo, futbolçular Sezar Meza Kolli və Tiaqo Bezerrada infeksiya aşkarlanıb. Onlar "ağ-qaralar"ın bu gün start götürən təlim-məşq toplanışında iştirak etmirlər.
Digər legioner Mamadu Mboc isə şəxsi işləri ilə bağlı klubdan icazə alıb. Mamadu Kane isə hazırda Afrika Millətlər Kubokunda iştirakı ilə əlaqadar "Neftçi"nin düşərgəsinə gec qoşulacaq.