"Sumqayıt" klubu dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb.
Sportnet.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Gürcüstanın "Telavi" klubunda çıxış etmiş Vüqar Bəybalayevlə 2,5 illik müqavilə imzalanıb.
28 yaşlı yarımmüdafiəçi 15 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2017/18 mövsümündə də "Sumqayıt"da çıxış etmiş Bəybalayev qeyd olunan mövsümdə ümumilikdə 24 oyunda iştirak edib. O, "Telavi" ilə yanaşı, "Bakı", "Xəzər Lənkəran", "Rəvan" və "Səbail" klublarının uğurları üçün də çalışıb.