16-20 iyun tarixlərində Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi kubok uğrunda 3-cü beynəlxalq futbol turniri start götürəcək. Sportnet.az-ın "İnter” klubunun saytına istinadən məlumatına görə, çempionat 2000-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək.
AFFA-nın dəstəyi, Azərbaycan Beynəlxalq Bankının, "İnter"in və Bakı Futbol Federasiyasının təşkilatçılığıyla keçirilən turnirdə iştirak edən komandaların adları məlum olub.
Turnirdə Azərbaycanın "İnter", İspaniyanın "Villarreal", Türkiyənin "Beşiktaş", Serbiyanın "Partizan", Almaniyanın "Ayntraxt", Ukraynanın "Karpatı", Rusiyanın "Rubin" və "Gürcüstanın "Dinamo" komandaları iştirak edəcək. Turnir iştirakçıları iki qrupa bölünərək kubok uğrunda mübarizə aparacaqlar.
A qrupu: "İnter” (Azərbaycan), "Vilyarreal” (İspaniya), "Rubin" (Rusiya), "Ayntraxt” (Frankfurt, Almaniya)
B qrupu: "Beşiktaş” (Türkiyə), "Karpatı" (Ukrayna), "Partizan” (Serbiya), "Dinamo (Gürcüstan)
Turnirin təqvimi:
A qrupu
16 iyun, 1-ci tur
"İnter”-"Ayntraxt”
"Vilyarreal"-"Rubin"
17 iyun, 2-ci tur
"İnter”-"Vilyarreal”
"Rubin”-"Ayntraxt”
18 iyun, 3-cü tur
"Rubin”-"İnter”
"Ayntraxt”-"Vilyarreal"
B qrupu
16 iyun, 1-ci tur
"Karpatı”-"Partizan”
"Beşiktaş”-"Dinamo”
17 iyun, 2-ci tur
"Partizan"-"Dinamo”
"Beşiktaş"-"Karpatı"
18 iyun, 3-cü tur
"Dinamo”-"Karpatı"
"Partizan-"Beşiktaş”
İkinci mərhələ
19 iyun
A-4-B-4 (7-8-ci yerlər)
B-3-A-3 (5-6-cı yerlər)
21 iyun
A-2-B-2 (3-4-cü yerlər)
B-1-A-1 (1-2-ci yer uğrunda oyunlar)