"Səbail"in futbolçusu Yurgen Qocanın Albaniyanın "Teuta" klubuna keçidi baş tutmayıb.
Bu barədə Sportnet.az-a paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 30 yaşlı müdafiəçi vətənindən aldığı təklifi müsbət cavablandırmayıb.
Hacıyev bu transferin gerçəkləşməməsində öz rolunun da olduğunu bildirib. Yurgenlə danışdıq və qərara gəldik ki, komandamızda qalsın. Elə özü də getməyə can atmırdı".
Baş məşqçi hələlik "Səbail"in düşərgəsinə qoşulmayan legionerlər Camal Araqo və Nikolas Rayselin durumu haqqında da danışıb: "Raysel koronavirusdan sağalıb və yanvarın 12-də komandaya qoşulacaq. Şəxsi problemlər ucbatından məşqlərə qatıla bilməyən Araqo da eyni vaxtda hazırlığa qatılacaq".
Baş məşqçi yarımmüdafiəçi Ədilxan Qarəhmədovun zədəsini sağaldaraq sıraya döndüyünü söyləyib.