
"Səbail" klubu baxışa 2 yeni futbolçu çağırıb.
Bu barədə Sportnet.az-a "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
41 yaşlı mütəxəssis "Sabah-2"dən Samir Məhərrəmli və Abdulla Xaybulayevi sınaqdan keçirdiklərini bildirib. Onların hər ikisi yarımmüdafiəçidir.
Hacıyev 2 ay öncə Yunanıstanın I Divizion təmsilçisi "Pierikos"dan ayrılmış Tural Bayramlının da düşərgədə olduğunu, sadəcə, sənəd məsələlərinə görə komanda ilə birlikdə məşq edə bilmədiyini söyləyib.
Qeyd edək ki, "Səbail" mövsümün ikinci yarısına "Dalğa Arena"da hazırlaşır.