Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" klubu baxışa yeni hücumçu çağırıb.
Sportnet.az "ağ-qaralar"ın rəsmi televiziyasına istinadən xəbər verir ki, bu, panamalı Ansoni Alexandro Frias Qonsalesdir.
21 yaşlı forvard sabah düşərgədə olacaq.