Türkiyə Futbol Federasiyası (TFF) "Konyaspor"un avtomobil qəzasında dünyasını dəyişən futbolçusu Ahmet Çalıkın xatirəsini əbədiləşdirib.
Sportnet.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, qurum Superliqada 2021/2022 mövsümünə 28 yaşlı müdafiəçinin adını verib.
Çempionat "Ahmet Çalık mövsümü" adlandırılacaq.
Qeyd edək ki, Ahmet Çalık yanvarın 11-də vəfat edib.