Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Sumqayıt" növbəti yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Aleksey Baqanın baş məşqçi olduğu komanda Almaniyanın IV liqa təmsilçisi "Berliner AK" klubu ilə qarşılaşıb. Görüş "gənclik şəhəri" təmsilçisinin 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Sumqayıt"ın qollarını 36-cı dəqiqədə Tellur Mütəllimov və 77-ci dəqiqədə Murad Xaçayev vurublar.
Qeyd edək ki, "Sumqayıt" Antalyadakı ilk yoxlama matçında Polşa "Yagelloniya"sı ilə qolsuz heç-heçə edib.
----------------------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, son ölkə çempionu Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi Polşanın "Visla" (Plotsk) komandası ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin qolunu 55-ci dəqiqədə Yusuf Laval vurub. Krivotsyuk qarşılaşmanın ikinci hissəsində meydana daxil olub. Laval məhz Krivotsyukun səhvindən sonra topu rəqib qapısından keçirib.
Qeyd edək ki, "Neftçi" ilk matçında Macarıstan "Kişvarda"sı ilə heç-heçə edib - 2:2.
--------------------------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" və "Sumqayıt" komandaları bu gün ikinci yoxlama oyunlarını keçirəcəklər.
Sportnet.az xəbər verir ki, son ölkə çempionu Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi Polşanın "Visla" (Plotsk) komandası ilə üz-üzə gələcək.
"Gənclik şəhəri" təmsilçisi isə Almaniyanın "Berliner AK" klubu ilə görüşəcək. İlk qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da, ikinci oyun isə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" ilk matçında Macarıstan "Kişvarda"sı ilə heç-heçə edib - 2:2. "Sumqayıt" isə Polşa “Yagelloniya”sı ilə qolsuz bərabərə qalıb.