
Martın 4-də Bolqarıstanın paytaxtı Sofiyada UEFA-nın "Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play”i mövzusunda seminarı işə başlayacaq. Sportnet.az-ın məlumatına görə, tədbirdə AFFA-nı Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Anar Kazımlı və Aynur Abdullayeva təmsil edəcək.
Seminarda UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin ümumi fəaliyyəti və yeni layihələri, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play üzrə qaydalarında gələn mövsümdən etibarən qüvvəyə minəcək dəyişikliklər və Bolqarıstanda Klubların Lisenziyalaşdırılması sisteminin tətbiqi müzakirə olunacaq.
Qeyd edək iki, tədbir iki gün davam edəcək.