"Neftçi"nin futbolçusu Azər Əliyev "Sabah"a qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunun ikinci yarısında meydana çıxıb, lakin legioner futbolçudur".
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Milli assosiasiya rəsmisi "Neftçi"dən fərqli olaraq Əliyevin Azərbaycan pasportunun alınması ilə bağlı quruma müraciət etmədiyini söyləyib: "Prosedur belədir ki, futbolçunun özü bizə müraciət edir, biz Rusiya Futbol İttifaqından rəy alırıq ki, bu oyunçu Rusiya yığmasında çıxış etməyib. Daha sonra məsələ ilə bağlı FIFA-ya müraciət olunur".