Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Neftçi”nin futbolçusu Voislav Stankoviç üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, Serbiyalı müdafiəçi Bakı klubunun heyətində 75-ci oyuna çıxıb və 5-ci qoluna imza atıb.
“Sabah”la ev matçınadək 74 görüşdə 4 dəfə fərqlənən arxa xətt oyunçusu hesabı açmaqla ikiqat yubileyi gerçəkləşdirib. 2019-cu ilin yayından “ağ-qaralar”ın heyətində çıxış edən müdafiəçi Premyer Liqada 56 (4 qol) kubokda 5 (1 qol), avrokuboklarda 14 matç keçirib.