"Futbolçulara tapşırmışdım ki, mümkün qədər qol vurmaq lazımdır. Bilirdim ki, gözəl oyun olmayacaq. Odur ki, futbolçulardan sırf nəticə tələb etmişdim". Sportnet.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Neftçi" ilə Azərbaycan Kubokunun ilk 1/4 final matçındakı səfər heç-heçəsindən sonra deyib.
O, komandasının qol vura bilməməsinə rəğmən, sərgilədiyi oyundan razılıq ifadə edib: "Hücumda müəyyən çətinliklərimiz oldu. Çalışacağıq ki, bu problemləri aradan qaldıraq. Düzdür, mən 1 həftə Bakıda olmamışam. Buna rəğmən, komanda proqram əsasında çalışıb. Mən olmadığım müddətdə görülən işdən razı qalmışam. Hər hansı bir nöqsan yoxdur”.
Qeyd edək ki, matç qolsuz nəticələnib - 0:0.