"Sumqayıt" klubunun və Azərbaycan millisinin futbolçusu Araz Abdullayev zədəsini sağaldıb.
"Gənclik şəhəri" təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi iki gündür komanda ilə məşqlərə qatılır.
Abdullayev baş məşqçi Aleksey Baqa şans verəcəyi təqdirdə bu gün "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XV tur oyununda meydanda olacaq.
Qeyd edək ki, "Səbail" - "Sumqayıt" görüşü saat 19:15-də başlayacaq.