"Topa yaxşı nəzarət edirdik. İlk yarıda 2 qol vurduq. Bu, bizə müəyyən mənada inam verdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Murad Musayev səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, tətbiq etdikləri pressinqlər yaxşı alınsa da, keçidlərdə keyfiyyəti daha da artırmaq lazımdır: "Rəqibə fürsətlər yaratmaq imkanı verməməyimiz yaxşı haldır. Amma daha da yaxşı ola bilərik".