"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiya banklarında olan pulunu çıxarıb.
Sportnet.az xəbər verir ki, o, özünə və ailə üzvlərinə aid vəsaiti tamamilə Azərbaycan banklarından birində yerləşdirib.
Səbəb odur ki, Avropa İttifaqı (Aİ) Rusiyanın 7 bankını SWIFT sistemindən ayırıb. Sözügedən banklar “VTB”, “Rossiya”, “Otkrıtie”, “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və “VEB.RF”dir.
Bundan əlavə, bir neçə istisna olmaqla, Rusiyaya avro banknotları göndərmək və yaxud ixrac etmək də qadağan edilib.
Aİ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin Ukraynadakı vəziyyətlə əlaqədar olduğunu bildirib. (Sportinfo)