Rövlan Muradov “Qəbələ”də 70-ci oyununu keçirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXI turuna təsadüf edib. “Keşlə” ilə ev oyunu (1:1) əyalət təmsilçisinin yetirməsi üçün əsas komandada 70-ci matç olub.
Onun "qırmızı-qaralar"dakı debütü isə 2018/2019 mövsümündə gerçəkləşib. Muradov mövsümün son turunda – mayın 11-də səfərdə keçirilən “Sumqayıt”la görüşdə (0:1) meydana çıxıb.
Futbolçu indiyədək keçirdiyi 70 matçda 9 qola imza atıb. O, Premyer Liqada 61 (8 qol), kubokda 8 (1 qol), Avropa Liqasında 1 matçda iştirak edib.
Xatırladaq ki, Rövlan “Qəbələ”də 70 və ya daha çox matç keçirən 24-cü futbolçudur.