Rusiya Premyer Liqasının dəyəri bir ay ərzində 127 650 000 avro aşağı düşüb.
Sportnet.az-ın məlumatına görə, buna bəzi legioner futbolçuların klublarla yollarını ayırmaları səbəb olub.
Martın 2-də çempionatın dəyəri 994 630 000 avro təşkil edib. Hazırda bu rəqəm 866 980 000 avroya bərabərdir.
Ötən ay çempionatdakı 399 oyunçudan 132-si, yəni, 33,1 faizi legioner idi. İndi isə 387 oyunçudan 106-sı, yəni 27,4 faizi əcnəbidir.