Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya A Seriyası ilə bağlı proqnoz verib.
Sportnet.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis çempionluğun son turda həll olunacağını söyləyib.
O bildirib ki, turnir cədvəlinin ilk "üçlüy"ündə qərarlaşan "Milan", "Napoli" və "İnter"lə yanaşı, "Yuventus"un da Skudettonu qazanma şansı var: "Milan" "Bolonya" ilə matçda büdrəməklə, ən yaxın izləyicisini 3 xal qabaqlamaq imkanını əldən verdi. Amma bunun çempionluğun taleyini müəyyənləşdirmək baxımından həlledici olacağını düşünmürəm. "İlk üçlük" komandaları arasında xal fərqi çox azdır. Hətta "Yuventus" da titul uğrunda sonadək vuruşacaq. Hazırda mübarizənin həlledici mərhələsi gedir".
Qeyd edək ki, "Milan" 31 turdan sonra 67 xalla turnir cədvəlinə başçılıq edir. 66 xala malik "Napoli" 2-ci, 1 oyun az keçirən və 63 xalı olan "İnter" 3-cü pillədə qərarlaşıb. "Yuventus" isə 59 xalla 4-cüdür.