Azərbaycan millisinin futbolçusu Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Turan" klubu baş məşqçisi Vladimir Qazzayevlə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi instaqram hesabına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin müqaviləsi ailə vəziyyəti ilə əlaqədar hər iki tərəfin razılığı ilə vaxtından əvvəl ləğv edilib.
Onu bu postda köməkçisi olmuş Kuanış Kabdolov əvəzləyib.
Qeyd edək ki, Emil Balayev martın 4-də "Turan"la müqavilə imzalayıb. Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov Vladimir Qazzayevin məşqçilər korpusunda yer alıb. Çempionatda 4 turdan sonra 3 oyun keçirən "Turan" 1 xalla 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.