
AFFA İntizam Komitəsi Azərbaycan I Divizionunda XIX turun MOİK – “Sabah-2” matçında dalaşan futbolçuları cəzalandırıb.
Sportnet.az xəbər verir ki, bunlar “Sabah-2”nin oyunçusu Mixeil Erqemlidze və MOİK-in üzvü Ruslan Voronsovdur.
Hər iki şəxs təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. Onların klubları isə hərəyə160 manat cərimələnib.
Bundan başqa, MOİK-ə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 80 manat cərimə kəsilib.