İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Didye Droqba Kot d İvuar Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun hazırkı rəhbəri Mariam Dao Qabala "Africa News"a açıqlamasında bildirib.
O, 44 yaşlı keçmiş hücumçudan başqa daha 5 nəfərin namizədliyinin qeydə alındığını söyləyib. Qabala növbəti seçkidə namizəd olmayıb.
Droqba kampaniyanın başlamasını səbirsizliklə gözlədiyini deyib: "Seçilsəm, Kot d İvuar futbolunu canlandıracağam".
Qeyd edək ki, seçki aprelin 23-də olacaq. Didye Droqba yerli klublardan dəstək almadığı üçün seçkilərdə favorit hesab edilmir.