
İtaliyanın "Panini" şirkətininin 2014-cü ildə Braziliyada keçirilmiş futbol üzrə dünya çempionatı üçün hazırladığı və üzərində Argentina millisinin hücumçusu Lionel Messinin şəkli olan stiker hərracda 522 000 ABŞ dollarına satılıb.
Sportnet.az "Ole" nəşrinə istinadən xəbər verir ki, auksion onlayn formatda keçirilib və alıcının adı açıqlanmayıb. Şirkət 2013-cü ildə üzrəində Messinin təsviri olan 10 stiker hazırlasa da, onlardan yalnız ikisi tapılıb.
Qeyd edək ki, "Panini" şirkəti dünya və Avropa çempionatları, həmçinin digər böyük turnirlər üçün ixtisaslaşmış məhsullar nəşr edir.