1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov və İbrahim Uzunca kubok oyununu şərh etdi
"Çox qol izlədik. "Bakı” sona qədər mübarizə aparacağını demişdi. Biz ilk hissədə bunu hiss etdik". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Bakı" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən matçdan sonra fikirlərini dilə gətirən Qurbanov bunları bildirib: "Qapımızda gözlənilməz qol gördük. "Bakı” istəkli komandadır. Sadəcə, düşünürəm ki, bəzi oyunçuların ustalıq səviyyəsi yetərincə deyil. Mərhələnin hər iki oyununda qalib gəldik. İndi kuboku unudub, "Sumqayıt”la çempionat oyununa ciddi hazırlaşmalıyıq. Öz növbəmdə "Bakı”nın gənc heyətinə uğurlar arzu edirəm”.
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca qısa fikir bildirməklə kifayətlənib: "Akademiyanın futbolçularına şans verdik. İlk hissə istədiyimiz kimi alındı. Amma getdikcə "Qarabağ”ın gücünü hiss etdik. Məğlub olsaq da, futbolçularımı təbrik edirəm”.