İspaniya "Real Madrid"ində koronavirusa növbəti yoluxma halı aşkarlanıb.
Sportnet.az-ın "kral klubu"nun rəsmi saytına istinadən məlumatına görə, Madrid təmsilçisinin yarımmüdafiəçisi Dani Sebalyosun analiz nəticəsi müsbət çıxıb.
Bu səbəbdən məşq prosesini buraxan 26 yaşlı oyunçu dərhal karantinə alınıb.
Qeyd edək ki, daha əvvəl "Real Madrid"in müdafiəçisi Xesus Valyexo koronavirusa yoluxub.