Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" "Sabah"ı qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Bəxtiyar Həsənalızadə 5-ci dəqiqədə avtoqol müəllifi olub.
Qələbə sayəsində xallarının sayını 44-ə çatdıran "Neftçi" ikinci, 32 xalı olan "Sabah" isə 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Zirə" "Səbail"i 2:1 hesabı ilə üstələyib. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.
----------------------------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
32-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 28 yaşlı fransalı yarımmüdafiəçi iki dəqiqə sonra penaltini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qoluna imza atıb. 90+4-cü dəqiqədə Nikolas Raysel penaltidən təsəlli qolunu vurub.
Qələbə sayəsində xallarının sayını 39-a çatdıran "Zirə" 3-cü pillədə qərarlaşıb. "Dənizçilər" 14 xalla sonuncu - 8-ci yerdədir.
Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Sabah"ı qəbul edəcək. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.
---------------------------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə də 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında 36 xalla 3-cü pillədə qərarlaşan "Zirə" 14 xalla sonuncu olan "Səbail"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionundakı matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Komandalar indiyədək ölkə çempionatında 18 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 11-də meydan sahibləri, 3-də qonaqlar qələbə qazanıblar. 4 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbəti də Rəşad Sadıqovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 25:10.
"Zirə" 9 oyundur uduzmur. "Səbail" son 4 matçda xal qazanmayıb.
Turun son oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"la qarşılaşacaq. Hazırda "ağ-qaralar" 41 xalla 2-ci, "ağ-göylər" isə 32 xalla 5-cidir. Görüşün baş hakimi Kamal Umudlu olacaq.
İki komanda bunadək Premyer Liqada öz aralarında 14 oyun keçirib. 11 qarşılaşmada meydan sahibləri, 1 matçda qonaqlar qələbəni bayram ediblər. 2 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də flaqmanın üstünlüyü var - 27:8.
“Neftçi” bütün oyunlarda qol vurub. Son 4 qarşılaşmada meydan sahibi qələbə qazanmayıb.
Azərbaycan Premyer Liqası, XXIII tur
16 aprel (şənbə)
18:15. “Zirə” – “Səbail” - 2:1
Qollar: Hamidu Keyta, 32. 34 (p) - Nikolas Raysel, 90+4
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu.
20:30. “Neftçi” – “Sabah” - 1:0
Qol: Bəxtiyar Həsənalızadə, 5 (öz qapısına)
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”.
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.