"Yığmaların oyunlarını izləmədiyim üçün Slovakiya və Azərbaycanın necə komanda olduğunu söyləmək mənim üçün çətindir".
Sportnet.az-ın məlumatına görə, bunu Qazaxıstanın "Ordabası" klubunun belaruslu futbolçusu Vsevolod Sadovski "Metara-ratings.kz" saytına açıqlamasında UEFA Millətlər Liqasında ölkəsinin də yer aldığı C Liqasının 3-cü qrupundakı komandaları dəyərləndirərkən deyib.
26 yaşlı hücumçu oyunlarla bağlı proqnoz verməyəcəyini bildirib: "Belarus və Qazaxıstana gəlincə, iki yığma arasındakı görüşlər çox maraqlı və prinsipial olacaq. Hər iki kollektivi çətin mübarizə gözləyir".
Qeyd edək ki, 3-cü qrupda Azərbaycan, Qazaxıstan, Belarus və Slovakiya seçməsi mübarizə aparacaq.