
Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) yeni sədri bəlli olub.
Sportnet.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Sabri Çelik təyin edilib.
O, ötən ilin oktyabrında istefaya göndərilən Serdar Tatlını əvəzləyib.
Muhittin Boşat, Murat Ilqaz, Erol Ersoy, Orhan Erdemir, İsmet Arzuman, Hikmet Öksüzoğlu, İbrahim Çınar və Dursun Cumali Sucu isə MHK-ya üzv seçiliblər.