İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runinin baş məşqçi olduğu "Derbi Kaunti" klubu Çempionşipi tərk edib.
Sportnet.az-ın məlumatına görə, 43-cü turda səfərdə "Kuinz Park-Reyncers"ə 0:1 hesabı ilə uduzan komanda III Liqaya düşüb.
Bu nəticədən sonra 31 xalla 24 komanda arasında 23-cü olan Derbi şəhərinin təmsilçisi II Liqada qalmaq şanslarını itirib.
Qeyd edək ki, maliyyə problemləri səbəbindən borclarını ödəyə bilməyən "Derbi Kaunti"nin bu mövsüm 21 xalı silinib. Runi 2020-ci ilin noyabrından komandaya başçılıq edir.