
İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubu İngiltərə "Mançester Siti"sində çıxış edən Riyad Mahrezlə maraqlanır.
Sportnet.az L'Equipe-ə istinadən xəbər verir ki, 31 yaşlı oyunçu hələlik "şəhərlillər"lə yeni müqavilə barədə razılığa gəlməyib.
Qeyd edək ki, əlcəzairli hücumçunun müqaviləsi 2023-cü ildə başa çatmalıdır. İngiltərə təmsilçisi Mahrezlə razılaşa bilməsə, yayda onu satmağa çalışacaq.