
Azərbaycan milli komandasının futbolçusu Namik Ələskərov Türkiyənin "Bursaspor" klubunun heyətində növbəti qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçu I Liqada XXXIV turun "Denizlispor"la ev oyununda fərqlənib. O, 20-ci dəqiqədə hesabı açaraq, görüşdə yeganə qolun müəllifi kimi komandasına qələbə qazandırıb - 1:0.
Ələskərov "dubl" imkanını isə 55-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməməklə qaçırıb. Forvard 64-cü dəqiqədə əvəzlənib.
Bu qələbədən sonra xalını 35-ə yüksəldən "Bursaspor" 18-ci pillədə qərarlaşıb.