Almaniya millisinin qapıçısı Manuel Noyer "Bavariya" ilə müqavilənin müddətini uzadacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tviter hesabında paylaşım edib.
O, 36 yaşlı qolkiperin 1 illik yeni sözləşməyə imza atacağını yazıb.
Qeyd edək ki, Manuel Noyerin "Bavariya" ilə hazırkı müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatmalı idi.