"Qəbələ"nin futbolçusu Rövlan Muradov cəzalı duruma düşüb.
Sportnet.az-ın məlumatına görə, buna 24 yaşlı yarımmüdafiəçinin evdə "Qarabağ"a qarşı keçirilən Premyer Liqanın XXIV tur matçında sarı vərəqə görməsi səbəb olub.
Filip Ozobiçə qarşı kobudluqdan sonra cari mövsümdəki 4-cü xəbərdarlığını alan oyunçu "Zirə"yə qarşı XXV tur görüşünü buraxacaq.
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" qarşılaşmasında ilk hissə oynanılır və qonaqlar İbrahima Vadjinin vurduğu qollarla hesabda öndədir - 2:0.