Fransanın PSJ klubunun baş məşqçisi Maurisio Poçettino yenidən İngiltərə "Tottenhem"inin sükanı arxasına keçə bilər.
Sportnet.az "Evening Standard"a istinadən xəbər verir ki, London təmsilçisi Antonio Konte ilə vidalaşacağı halda, argentinalı mütəxəssisi geri qaytarmağı planlaşdırır.
İddiaya görə, Konte klubun transfer siyasətindən narazıdır. İtaliyalı baş məşqçi yayda 6 yeni futbolçu alınmasını istəyir. "Tottenhem" isə büdcəyə qənaət etmək fikrindədir. 53 yaşlı mütəxəssis artıq PSJ-yə öz xidmətlərini təklif edib. Paris təmsilçisi Konte ilə 2 illik müqavilə imzalamağa hazırdır.
PSJ artıq Poçettino ilə əməkdaşlığa son qoyulması barədə danışıqlara başlayıb. Rəhbərlik Liqa 1-dəki qələbəyə baxmayaraq, Çempionlar Liqasındakı uğursuzluqla barışa bilmir.
Qeyd edək ki, Maurisio Poçettino 2014 - 2019-cu illərdə "Tottenhem"in baş məşqçisi olub.