
"Simurq”la qarşılaşma zamanı Zaqatalaya getməyib, Bakıda qalmağımın səbəbi bir sıra yerli futbolçuları nəzərdən keçirmək idi. Çünki gələcək üçün planları bu gündən qurmalıyıq”. Sportnet.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.
Komandanın ətrafında Mirça Rednikin adının hallanmasına gəlincə, türkiyəli mütəxəssis buna soyuqqanlıqla yanaşdığını bildirib: "Bu, məni qorxutmur. Hər kəs öz işi ilə məşğul olmalıdır. Mənim də işim komandaya uğur qazandırmaq üçün çalışmaqdır”.
O ki qaldı Türkiyədə yubanmasına, Dənizli bunu klubun sahibi Mübariz Mənsimovun həmin vaxt ölkə kənarında olması ilə əlaqələndirib: "Mübariz bəyin Türkiyədə olmaması mənim Vətəndə bir qədər artıq qalmağıma səbəb oldu. Burda başqa bir şey axtarmaq lazım deyil”.