Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov komandasının II Bundesliqanı tərk etməsinə münasibət bildirib.
Sportnet.az-ın "Stpauli24" nəşrinə istinadən məlumatına görə, 32 yaşlı hücumçu "Darmştadt"a 0:6 hesabı ilə uduzduqları XXXII tur oyunundan sonra bu barədə açıqlama verib.
Nazarov karyerasında ilk dəfə aşağı liqaya endiyini söyləyib: "Bu, məni çox incidir. Komandadakı yetkin kişilərin ağladığını görmək inanılmazdır. Amma 32 oyunda 23 xal toplayırsınızsa, çempionatı tərk etməyə layiqsiniz".
Qeyd edək ki, "Ertsgebirge" sona iki tur qalmış 23 xalla 17-ci pillədə qərarlaşıb. Aue təmsilçisi 31 xala malik "Dinamo" (Drezden) komandasına çatmaq şansını itirib.