İngiltərə Premyer Liqasının XXXII turunda oynanılan "Mançester Yunayed" - "Lids" matçında qonaqlar yeni rekorda imza atıb.
Sportnet.az xəbər verir ki, "ağlar" son 75 ildə ilk dəfə "Old Trafford" səfərindən qələbə ilə qayıdıb - 2:1
Premyer Liqaya yeni yüksəlmiş kollektivin bu rekorda çatması üçün forvard Noah Okaforun 2 qolu kifayət edib. "Qırmızı şeytanlar"ın təsəlli qolunu isə Karlos Kasimiro vurub.
Qeyd edək ki, bu qələbə ilə xal ehtiyatını 55-ə yüksəldən "Lids" 15-ci yerdə qərarlaşıb.















































































