Almaniya 2-ci Bundesliqası təmsilçisi "Şalke" yayda heyətinə yeni hücumçu qatmağı planlaşdırır.
Sportnef.az xəbər verir ki, gələn mövsüm elitaya yüksəlməsi gözlənilən alt liqa təmsilçisi "Mançester Yunayted"in sabiq forvardı Vout Veqhorstu rənglərinə bağlamaq istəyir.
Hazırda Niderland Erediviziyası klubu "Ayaks"da çıxış edən 33 yaşlı hücumçunun klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.
Almanlar onu azad agent kimi heyətinə qatmağı hədəfləyir.
Qeyd edək ki, Vout Veqhorst karyerası boyunca "AZ Alkmar", "Volfsburq", "Börnli", "Beşiktaş" və "Mançester Yunayted" klublarında çıxış edib.


















































































