AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XXVII turunda keçirilmiş oyunlardakı mübahisəli epizodları şərh edib.
Sportnet.az xəbər verir ki, Həsənov "Sabah" - "Zirə" matçının baş hakimi Tural Qurbanovun yanlış qərar verdiyini etiraf edib.
Onun fikrincə, "Zirə"nin futbolçusuna edilmiş müdaxilə qayda pozuntusudur və sarı vərəqə göstərilməlidir.
















































































